Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib. Bu barədə ONN media -ya Müdafiə Nazirliyindən məlumat verilib. Birləşmə və hissələrin ştat şəxsi heyəti S-125 zenit-raket komplekslərindən şərti düşmən hədəflərini aşkarlayaraq praktiki şəkildə məhv etmə tapşırığını müvəffəqiyyətlə icra edib. Keçirilən təlimlərin məqsədi şəxsi heyətin praktiki vərdişlərini təkmilləşdirmək və döyüş qabiliyyətinin yüksəldilməsinə nail olmaqdır. https://www.youtube.com/watch?v=jmjavR5llww
Ordumuz S-125-ləri işə saldı: şərti düşmən məhv edildi

