Sabunçu stansiyasının 14-cü kilometrin 3-cü piketində yeni inşa olunmuş yeraltı tuneldə dünən gecə və bu gün səhər saatlarında yağan yağış nəticəsində subasma hadisəsi baş verib. "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova məsələ ilə bağlı bildirib ki, yeraltı tunelin tikintisi zamanı Sabunçu rayon ərazisinin illik yağıntı normalarına uyğun olaraq nasosxana quraşdırılıb. Lakin ərazidə işlər yekunlaşmadığından və yağış suyunun çox olması səbəbindən nasosxana suyun uzlaşmasını çatdıra bilməyib: "Buna baxmayaraq, dəmir yolu tərəfindən tədbirlər görülüb, suyu tuneldən uzaqlaşdırmaq üçün əlavə güclü nasos quraşdırılıb və görülmüş tədbirlər nəticəsində yeraltı tuneldən avtomobillərin hərəkəti bərpa olunub". N.Bayramova bildirib ki, yeraltı tuneldə infrastrukturun qurulması tam başa çatmayıb və "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən podratçı təşkilatdan təhvil alınmayıb. "Lakin yerli sakinlərin xahişi nəzərə alınaraq, nəqliyyat sıxlığınin aradan qaldırılması, eləcə də yanğınsöndürmə və təcili yardım maşınlarının vaxtında mənzil başına çatması məqsədi ilə tunel maşınların hərəkəti üçün açılıb", - QSC-nin sözçüsü bildirib. Qeyd edək ki, tuneli su basması nəticəsində avtomobillər suyun altında qalıb.
Bakıda tuneli su basdı, maşınlar altında qaldı - RƏSMİ AÇIQLAMA + VİDEO



Sürücülərə ŞAD XƏBƏR
"Azərbyacan Dəmir Yolları" dan sürücülərə xəbərdarlıq - DİQQƏT
DİQQƏT! Sabahdan bu avtomobil keçidində hərəkət dayandırılır
Zabratda avtomobil alt keçidi istifadəyə verilib
Sabahdan Sabunçuya elektrik qatarlarının hərəkəti bərpa edilir
Bakı-Sabunçu elektrik qatarından istifadə edənlərə VACİB XƏBƏR
Bakıda güclü yağış 2 can aldı- BOĞULUB ÖLDÜLƏR
Bu ərazilərdə maşın parklanması ödənişli oldu
ŞAD XƏBƏR: Bakı-Naxçıvan...
Bakı yağış sularından belə qurtulacaq
Natəvan Bayramovaya “Azərbaycan Dəmir Yolları”nda vəzifə verildi
Sərnişinlərə MÜJDƏ - Daha bir rayona sürət qatarı olacaq
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 