Moskva vilayətində Azərbaycan vətəndaşını öz həmyerlisini qətlə yetirdiyi məlum olub. ONN media xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, noyabrın 13-də Moskva vilayətinin Naro-Fominsk rayonunda Azərbaycan vətəndaşı, 1981-ci il təvəllüdlü Xanbaba Nərimanovu qətlə yetirən şəxs Azərbaycan vətəndaşı, 1987-ci il təvəllüdlü Fariz Hüseynov olub. MDB ölkələri üzrə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Bürosunun direktor müavini, polis general-mayoru Əkbər Yusifov baş verən qətl hadisəsinin təfərrüatları barədə danışıb: "Qətlə yetirilən Xanbaba Nərimanov biznes fəaliyyəti ilə məşğul olub. O, Rusiyanın Kaluqa vilayətində qeydiyyatda olub. Qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı Fariz Hüseynov Xanbaba Nərimanovun işçisi olub. Aralarında mübahisə yaranıb. Fariz Xanbabaya bıçaqla xəsarət yetirib. Sonra onun cəsədini avtomobilinə qoyaraq Naro-Fominsk rayonundakı xəstəxananın qarşısına gətirib və oradan qaçıb. Fariz hələ də saxlanılmayıb". Ə. Yusifov bildirib ki, faktla bağlı cinayət işi açılıb, F. Hüseynovun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir. *** 13.11.2017 (22:20) Rusiyanın Naro-Fominsk şəhərində xəstəxananın həyətində içərisində cəsəd olan avtomobili qoyub gedən naməlum şəxs axtarılır. ONN media-nın xəbərinə görə, bu barədə Lenta.ru-ya hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Onun sözlərinə əsasən, yerli vaxtla saat 18:00-da Novikov küçəsində yerləşən xəstəxananın həyətində baqajı açıq olan “Porsche” markalı avtomobil dayanıb. Sürücü dərhal avtomobildən çıxaraq qaçıb. Ətrafdakı insanlar “Porsche”də sərnişin oturacağında daha bir nəfərin olduğunu görüblər. Əvvəlcə kişinin yol-nəqliyyat hadisəsi nəticəsində öldüyü güman edilsə də, sonradan həkimlər onun bədənində bıçaq yaraları aşkar ediblər. Ölən şəxsin Azərbaycan vətəndaşı X.Nərimanov olduğu müəyyən edilib. Bildirilir ki, o, Kalujskaya vilayətində qeydiyyatda olub. Hazırda müstəntiqlər onun yaxınları ilə əlaqə saxlamağa çalışırlar.
S.B.Rusiyada “Porsche”də azərbaycanlının meyiti tapıldı – VİDEO



Bakıda dünya çempionu qətlə yetirildi - YENİLƏNDİ
İş adamı öldürülməsinin TƏFƏRRÜATI
Maşını Salyanda, meyiti Sabirabadda tapıldı - QƏTL OLAYI
İnsanları qaçırır, əvəzinə pul aldıqdan sonra öldürürdülər
Rusiyada Azərbaycan vətəndaşını vəhşicəsinə QƏTLƏ YETİRDİLƏR
Azərbaycanda toyda qan töküldü
Əhmədlə bağlı daha bir iddia
Azərbaycanda həkim güllələnərək öldürüldü
Jirinovski Azərbaycan millət vəkillərini TƏNQİD ETDİ - ŞOK SÖZLƏR
"Lotu Quli"nin qətlinin sifarişçiləri HƏBS EDİLDİ
Qətlə yetirilən BDU-nun 18 yaşlı tələbəsi haqda yeni faktlar
ABŞ-da qətlə yetirilən azərbaycanlı barədə ŞOK TƏFƏRRÜAT
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 