İsveçrədə maraqlı araşdırma aparılıb. Onedio-nun xəbərinə görə, bioloq Claus Wedekind qadınlar kişiləri onların hansı xüsusiyyətinə görə seçdiyini araşdırıb. Araşdırmanın nəticəsi isə gözlənilməz olub. Bioloq araşdırmada iştirak edən kişilərə 2 gün ərzində eyni köynəyi geyinməyi tapşırıb. Onlara bu müddət ərzində ətir və ya hər hansı dezodorantdan istifadə etmək qadağan olunub. 2 gün sonra həmin köynəkləri qoxlamaq üçün qadınlara verib və hansı qoxunun daha xoş gəldiyini soruşublar. Qadınların hansı köynəyi seçdiyini qeyd etməzdən əvvəl aşağıdakı məlumatı nəzərinizə çatdırırıq: MHC molekulu bədənə məxsus qoxunu müəyyənləşdirən gendir. Bu molekulların düzülüşü fərqli bədən qoxusunun yaranmasına səbəb olur. Bundan əlavə, həmin molekullar ağır xəstəliklər zamanı bədənin müqavimətini artıran antikorlar istehsal edir. İnsanlar daima sağlam, güclü nəsil artırmaq niyyətindədirlər. Buna görə də, həyat yoldaşını seçən qadın, sadəcə, ona xoş gələni deyil, həm də ona sağlam uşağı verəcək kişini seçir. Qeyd etdiyimiz ikinci seçim çox vaxt fərqində olmadan edilir. Bu seçimdə əsas rolu MHC molekulları oynayır. Qadındakı MHC molekulları ilə kişidəki molekullar bir-birindən nə qədər fərqli olarsa, doğulacaq körpənin xəstəliklərə olan müqaviməti də o qədər çox olur. Genləri gözlə görmək imkansızdır. Ancaq MHC molekullarının insanın qoxusuna birbaşa təsir etdiyini nəzərə alsaq, insanlar fərqində olmadan bu qoxuya əsasən özünə ən uyğun MHC molekuluna sahib qarşı cinsi seçirlər. Qısası, nə gözəllik, nə pul, nə də yaraşıq… İnsanı cazibədar edən şey ancaq və ancaq onun qoxusudur.
Nə yaraşıq, nə pul,… Qadınlar kişiləri bu cəhətinə görə seçirmiş…



Kişilər belə qadınlarla evlənmək istəyir
Qadınlar niyə soyuğa daha həssasdır?
Arıqlama həbləri bu xəstəliklərə səbəb olur
Qadınlar niyə soyuğa daha həssasdır?
İnfarkt hansı hallarda baş verir?
Hansı qadınlar daha cavan qalır?
Taliban qadınlara bir-biri ilə danışmağı qadağan edib
Hamama gedən 18 qadın DƏHŞƏT YAŞADI
Necə edək ki, kişilər xəyanət etməsin? – 4 TÖVSİYƏ
Səudiyyə Ərəbistanda qadınlara haqsızlıq
29 il əvvəl geyindiyi köynək 10 000-ə satıla bilər
Bu bürcün kişiləri daha etibarlıdır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 