2018-ci ildə Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 62 484 nikaha daxilolma, 14 857 boşanma halları qeydə alınıb.
ONN media ölkə.az -a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, qeydə alınan nikahlardan 1133-ü Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 1060-ı isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanan nikahlardır. 2003-cü ildən nikahların, həm də boşanmaların sayında artım müşahidə olunurdusa, 2008 və 2009-cu illərdə bu göstəricilər əvvəlki illərə nisbətən bir qədər azalıb. Oxu.Az-a danışan “Təmiz Dünya“ İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, ailə daxili münasibətlərdə qarşılıqlı etimad yoxdur: “Mən bunu daha çox psixoloji amillə bağlayıram. Əsas məsələ evlilik dövrünün ilkin mərhələsində qarşılıqlı etimadın olmamasıdır. Ailələrə kifayət qədər müsbət olmayan müdaxilələr var. Həmçinin, bir çox xidmət paketləri müasir dövrə uyğun olaraq hələ tam formalaşmayıb ki, insanlar öz ailəsini qorumaq üçün müraciət eləsin. Bizdə bu ənənədə yoxdur. Boşanmanın əsas səbəblərindən biri də tender rollarının dəyişməsidir. Belə ki, qadınlar daha çox məşğuldurlar. Bu da ailə münasibətlərinə öz təsirini göstərir. Eyni zamanda, kişi bu bərabərliyi qəbul etmək istəmir. Qadının ənənəvi rolunun ev və uşaqla məşğul olmalı olduğunu düşünür. Yəni qadını başqa rolda görməyə o qədər də hazır deyil. Son vaxtlar qadına qarşı zorakılıq artıb. Əvvəllər bu, cəmiyyətdə ənənəvi olaraq ailə münasibətlərinə görə qəbul olunurdu. İndi isə qadınlar zorakılıqlara dözmür. Kişilər ailənin müqəddəsliyini, qadın və uşaq qarşısındakı məsuliyyət imicini qoruyub saxlaya bilmirlər. Düzdür, qadınlarda da bu kifayət qədər geniş yayılıb. Amma biz kişini ənənəvi olaraq ailənin yükünü çəkən obrazda görmüşük. Hazırda isə qadın bu yükü çəkdiyinə görə bir çox şeylərlə razılaşa bilmir. Bu zaman obraz dağılır. Yəni kişi obrazının görülməməsi məyusluq yaradır. “Bir çox məsələlərdən uzaqlaşmaq üçün ölkədən getməyə üstünlük verirlər. Eyni zamanda düşüncə tərzinə uyğun insan tapmayanda, azadlıq hissi olduğu zaman xaricə üz tuturlar. Çünki başqa ölkələrdə qadınlar daha azad və rahat yaşamaq istəyirlər. Azərbaycanlı qadınlar azad olmaq, ailənin basqılarından qaçmaq üçün əcnəbilərlə ailə həyatı qururlar”.Azərbaycanlı qadınların əcnəbilərlə ailə həyatı qurmasına — SƏBƏB



Bu il evlənən və boşananların sayı açıqlandı
Azərbaycanda bu il nə qədər boşanma olub? - ŞOK RƏQƏMLƏR
Azərbaycanda nikahların və boşanmaların sayı azaldı
Azərbaycanda iki ayda MİNLƏRLƏ BOŞANMA OLDU
Azərbaycanda boşanma ilə bağlı QORXUNC STATİSTİKA
Azərbaycanda boşanmaların sayı artdı
Nikah və boşanmaların sayı açıqlandı
Azərbaycan əhalisinin sayı açıqlandı
Ölkədə evlənənlərin sayı boşananları 3 dəfə üstələdi
Azərbaycanda boşanmalarla bağlı - TƏHLÜKƏLİ STATİSTİKA
Maraqlı STATİSTİKA: Gənc xanımlar yaşlı kişilərlə, gənc oğlanlar yaşlı qadınlarla evlənir
Əvvəlki illərdə qızılcadan ölüm sayı nə qədər olub? - STATİSTİKA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 