Rusiya Hidrometeorologiya Mərkəzinin mütəxəssisləri Uzaq Şərqdə havanın temperaturunun normadan 13 faiz yüksək olduğunu bildiriblər. ONN media xəbər verir ki, Hidrometeorologiya Mərkəzinin məlumatında deyilir: “Yüksək siklonik fəallıq Uzaq Şərqin kontinental regionlarında böyük müsbət temperatur anomaliyalarının formalaşmasına gətirib çıxarıb. Havanın temperaturunun ən böyük anomaliyaları Maqadan vilayətinin kontinental hissəsində, habelə Yakutiyada müşahidə olunur”. Məsələn, son üç gündə Maqadanda havanın temperaturu 0 – müsbət 5 dərəcə səviyyəsindədir ki, bu da normadan səkkiz dərəcə yüksəkdir. Burada Oxot dənizinin akvatoriyasına daxil olmuş cənub siklonunun təsiri hiss olunur. Məlumatda daha sonra deyilir: “Oktyabrın ortalarından etibarən Yakutiyanın qərbində də havanın temperaturu normadan yüksək olaraq qalmaqdadır. Temperatur fonu Selsi ilə mənfi 16 – mənfi 11 dərəcə təşkil edir, halbuki oktyabrın sonu üçün norma mənfi 24 dərəcədir. Beləliklə, bəzi regionlarda temperatur anomaliyaları 13 dərəcəyə çatır. Hətta Şimal yarımdairəsinin soyuq qütbündə - Oymyakon qəsəbəsində oktyabrın 28-də orta gündəlik temperatur mənfi 14,5 dərəcə təşkil edib, halbuki norma mənfi 23,2 dərəcədir. Yakutiyanın cənubunda da eyni vəziyyət müşahidə olunur. Proqnozlara görə, həftəsonuna qədər bu regionlarda temperatur fonu əvvəlki kimi normadan xeyli yüksək olacaq”.(azertac.az)
Temperatur normadan yüksəkdir - SOS



Bayram günləri Bakıda hava necə olacaq?
May ayının havası: 35 dərəcə isti...
İyul ayında 43 dərəcə isti olacaq
Fevralın havası açıqlandı
Aprel ayına olan HAVA PROQNOZU
Sentiyabrda havalar necə olacaq? - AYLIQ PROQNOZ
Martda hava necə olacaq?
20 dərəcə şaxta, qar - Fevralın HAVA PROQNOZU
İyun ayına olan HAVA PRQONOZU
Avqust ayına olan HAVA PROQNOZU
Mart ayında hava necə olacaq?
Fevralda hava necə olacaq?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 