Xalq artisti Aygün Kazımova Ədliyyə Nazirliyinin müalicə müəssisəsində olub. Aygün Kazımova orada ağır durumda olan qardaşı Kazım Ələsgər oğlu Kazımzadəyə baş çəkib. ONN media xəbər verir ki, bu haqda “Yeni Müsavat”a Kazım Kazımzadənin oğlu Ələsgər Kazımzadə məlumat verib. “Atam 2018-ci ildə müalicə müəssisəsində saxlanır. Onu ötən il müayinə etdilər. Məlum oldu ki, 3-cü dərəcəli xərçəngdir. O vaxtdan müalicə müəssisəsinə köçürüblər, orada saxlayırlar. Atam əməliyyat olunmalıdır. Müalicə müəssisəsində isə belə bir imkan yoxdur. Xəstəliyə qədər atamın 80 kiloqram çəkisi vardı, hazırda 40 kiloqrama qədər arıqlayıb, ağzından qan gəlir, artıq danışa da bilmir. Biz dəfələrlə müraciət etmişik ki, atamı azad etsinlər, onu əməliyyat etdirək. Məktublar yazmışıq. Amma baxan yoxdur. Məcbur qalıb saytlara da, qəzetlərə də müraciət etdik”, – deyə Ə.Kazımzadə bildirdi. Onun sözlərinə görə, bibisi Aygün Kazımova qardaşının ölüm ayağında olmasını mətbuatdan xəbər tutub: “Bizim onunla əlaqəmiz yoxdur. İndi elə vəziyyətdir ki, hər yerə əl atırıq ki, atamı xilas edək. Mən rayondaydım, bu gün Bakıya gəlmişəm. Dedilər ki, bibim ora gedib, əsəbiləşib. Biz istəyirik ki, atamı azad etsinlər, müalicə edək. Orada müalicə üçün imkanlar yoxdur”. Kazım Kazımzadə atasının ölkə rəhbərliyinə müraciətini də redaksiyamıza yollayıb. Həmin müraciəti də təqdim edirik: “2015-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilmişəm. Orada saxlanıldığım müddətdə - 2018-ci ilədək daxili rejim qaydalarını pozmamışam. Müəssisə rəisi tərəfindən barəmdə heç bir tənbeh tədbiri görülməyib. Bel-kürək nahiyəmdə yaranmış ağrılar səbəbi ilə 23/06/2018-ci ildə müalicə müəssisəsinə göndərilmişəm. Müayinələrdən sonra MRT müayinəsinə göndərilmişəm. Müayinənin cavabı 3-cü dərəcəli bəd-xasiyyət xərçəng xəstəliyi olub. Azərbaycan Respublikasının Qanunlarına (yəni 178.3-cü maddəyə) əsasən cəzaçəkmə müəssisəsinə daxil olduqdan sonra onkoloji xəstəliyə düçar olmuş məhkum, cəzanın bitməsinin vaxtından əvvəl azadlığa buraxılmalıdır. Yəni Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən komissiyadan keçirilib azadlığa buraxılmalıdır. Mən də bu komissiyalara təqdim edilmişəm. Şəxsən cənab general-mayor Rəfail Mehdiyev tərəfindən 2 dəfə komissiyada iştirak etmişəm. Ancaq heç bir nəticə əldə olmayıb. Səbəb isə belədir - rəis müavini İftixar Qurbanov mənə hələ yeriyə bildiyimi, “hələ ölmürsən, ölənə yaxın səni buraxacağıq” deyib. Sizdən xahiş edirəm ki, mənim səhhətimin ağırlaşmasını və heç bir daxili rejim qaydalarını pozmadığımı nəzərə alaraq azad olunmağıma köməklik göstərəsiniz”. Oğlu bildirib ki, atası Kazım Kazımzadə qeyd olunan müraciəti 01/11/2019-cu ildə yazıb. “Artıq atam nitq qabiliyyətini belə itirməyə başlayıb. Xəstəliyi daha da şiddətlənib. Hazırda heç nə yemir, su belə içmir və danışması ağırlaşıb, pıçıltı ilə danışır”. Məsələ ilə bağlı xalq artisti Aygün Kazımovanı da aradıq. Müğənni sorğumuzu cavabsız buraxdı. Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən məhkum Kazım Kazımzadə ilə bağlı sorğumuzu cavablandırmadılar.(modern.az)
Aygün Kazımova həbsdə olan qardaşına baş çəkdi - FOTO



Aygün Kazımovaya AĞIR İTKİ
Dayısı vəfat edən İlqarə Kazımovadan sevgilisinə təşəkkür mesajı
Aygün Kazımova qardaşının YAS MƏRASİMİNDƏ - FOTOLAR
Aygün Kazımova yeni imicdə - FOTO
Aygün Kazımova koronavirusa yoluxmasından danışdı - VİDEO
Aygün Kazımova ərə gedir?
Aygün Kazımova yeni İMİCDƏ - FOTO
Aygün Kazımova bulvarda belə görüntüləndi - VİDEO
Aygün Kazımova şəhid generala mahnı həsr etdi - VİDEO
Aygün Kazımovanın qızı elə hala düşdü ki... - FOTO
Aygün Kazımova Almaniyada hotel açır
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 