Türkiyənin məşhur komediya ustası Cem Yılmaz “stand-up” şousunu təqdim etmək üçün Bakıya gəlib. ONN media xəbər verir ki, iki gün paytaxtımızın qonağı olan Cem yerli məşhurlarla görüşüb. O, həm mətbuat konfransında həm də “stand-up” şousu zamanı Xalq artisti Miri Yusifə sataşıb. Sosial media əhli isə Yılmazın bu zarafatını birmənalı qarşılamayıb. Söz-söhbətlərin üstündən xətti isə Miri Yusiflə Cem Yılmazın səmimi görüşü çəkib. Xalq artisti şəxsi “İnstagram” hesabında xanımı və aktyorla şəklini yayımlayaraq “Düzdür, bu gün tanış olduq, amma zarafatınız ötən gündən var. Super konsert, super sənətkar” deyə şərh yazıb. Diqqət çəkən məqam isə uzun zamandır ailə qurub Türkiyəyə köçən müğənni İradə İbrahimova və Miri Yusiflə aktyorun birgə fotosu olub. Həmin şəkli isə Cem sosial media hesabında paylaşıb. Daha sonra Cem Yılmaz tanınmış aktyor Fərda Xudaverdiyevlə restoranların birində görüşərək, o ki var rəqs edib. Həmin anları isə Fərda lentə alıb və sosial şəbəkə hesabında paylaşıb. Yılmazla birgə rəqsinə Fərda “Azərbaycan rəqsləri dərsimizin ilk günü” şərhini qeyd edib. Cem Yılmazla bağlı ulduzlarımız tərəfindən paylaşılan foto və video isə izləyicilər tərəfindən maraqla qarşılanıb.
Cem Yılmaz azərbaycanlı məşhurlarla bir arada - FOTO



Cem Yılmaz: Bu azərbaycanlı müğənnini çox sevirəm və...
Cem Yılmaz Heydər Əliyevin məzarını ziyarət etdi və... - FOTOLAR
Cem Yılmaz: "Bir həftə Bakıda qalsam, Miri Yusif kimi mən də..." - VİDEO
Cem Yılmazın konserti təxirə salındı - XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ
Miri Yusif müjdəni verdi
Cem Yılmaz özünə ev qiymətinə yeni motosiklet aldı
Xalq artisti adadan ev aldı və...
Cem Yılmaz Serenay üçün bunu da etdi
Cem Yılmaz jurnalisti məhkəməyə verir - BU SƏBƏBƏ...
Cem Yılmaz sevənlərə şad xəbər
Cövdət Yılmaz Azərbaycana gəlir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 