Moskva şəhərində (Moskva vilayəti) yerləşən uşaq bağçalarından birində 4 yaşlı əslən Azərbaycandan olan qız uşağı ölü tapılıb. Hadisə 2120 saylı təhsil müəssisəsinə daxil olan bağçada səhər gəzintisi zamanı baş verib.
“Report” yerli mətbuata istinadən xəbər verir ki, ilkin məlumata görə, tərbiyəçi gəzintidən sonra uşaqları binaya geri aparan zaman Zəhra Rzayeva adlı qız qrupdan geri qalıb.
Tərbiyəçi onun yoxluğundan bağçada xəbər tutub. Qadın küçəyə qayıdıb və uşağı huşsuz halda yerdə uzanmış vəziyyətdə tapıb.
Müəssisə əməkdaşları bu ittihamı rədd edərək bildirirlər ki, uşaq "bioloji" səbəbdən ölüb.
Qızın valideynlərinin istintaqa verdikləri məlumata görə, uşağın bədənində qançır yerləri olub.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsi üzrə ("Bir şəxsin peşə öhdəliklərini səhlənkar yerinə yetirməsi nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olma") cinayət işi qaldırılıb.
Uşağın ölümü ilə bağlı iki fərziyyə var.
KİV-in məlumatına görə, tərbiyəçilər sadəcə uşağı küçədə unudublar və o, soyuqdan donaraq ölüb. Bağça əməkdaşları dindirilmə zamanı başqa bir fərziyyə səsləndiriblər. Təqribən günorta saatlarında tərbiyəçi uşaqlara gəzintinin başa çatdığını bildirib. Qrup bağçaya daxil olmağa başladıqda, qadın uşaqlardan birinin olmadığını görüb. Uşaqlar qadına bildiriblər ki, qız bir qədər əvvəl digərləri ilə oynadığı yerdə oyuncaqları evciyə yığmağa gedib.
Tərbiyəçi körpənin dalınca getdikdə, onu açıq verandada tapmayıb. Belə olan halda qadın evciyin arxasına keçib və orada qar topasının altında qızın meyitini tapıb. O, kürəyi üstə uzanmış vəziyyətdə olub və uşaqda həyat əlamətləri olmayıb.
Bağçanın həkimi uşağa ilkin yardım göstərmək istəyib. Lakin sonradan "təcili yardım" çağırılıb. Bu da bir nəticə verməyib. Uşaq artıq dünyasını dəyişmiş olub. Hazırda onun meyiti tibbi ekspertizaya göndərilib və ölümün dəqiq səbəbi meyit yarıldıqdan sonra bilinəcək.



3 yaşlı azərbaycanlı qızın ölümü ilə bağlı istintaqı şəxsi nəzarətə götürüldü
Tərbiyəçi uşağı təhqir etdi: “Əclaf, diz çök!”
12 yaşlı uşaq elektron siqaretdən öldü
Bağçada körpəsinə şiddət göstərilən ata danışdı
Bağçada 3 yaşlı uşaq ASILI HALDA TAPILDI - Səbəbi hər kəsi ŞOKA SALACAQ
Tovuzda uşaq bağçası bağlandı - NİYƏ?
Təcavüzə məruz qalan 11 yaşlı qız başına gələnləri DANIŞDI: Mənə dərman verib...
7 yaşlı Fərid huşsuz halda, Mehman nələr edir...
Uşaq baxçası bağlandı - SƏBƏB?
Tərtərdə 2 yaşlı uşağı qohumu vurub öldürdü – Açıqlama
Bakıda faciə: 15 yaşlı qız ana oldu, körpə və özü öldü
Bağçada uşaqları təhqir edən müəllimin aqibəti necə oldu?- VİDEO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 