Jurnalistlərin binasından oğurluq edən şəxslər tutulub.
ONN media xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Yasamal və Səbail rayon Polis İdarələri əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt ərazisindəki evlərdən silsilə oğurluqlar edən dəstə üzvləri tutulub.
Əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakinləri Ələkbər Ələkbərov və Fərhad Cəfərovun ətrafında aparılan araşdırmalar nəticəsində onların jurnalist Ağanisə Sultanova da daxil olmaqla, Bakının Yasamal və Səbail rayonlarında 6 evdən pul, noutbuklar, kompüter dəstləri, məişət və qızıl-zinət əşyaları oğurlamaları, daha bir evdən isə oğurluğa cəhd etmələri müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və hər iki şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda həmin şəxslərin başqa cinayətlərdə əlaqələrinin olub-olmadığı araşdırılır.
DİN-in mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, yanvarın 30-da Ağanisə Sultanovun jurnalistlərin binasında yerləşən mənzilinə daxil olan naməlum şəxslər oradan 1000 manat pul və 3900 manat dəyərində qızıl-zinət əşyaları aparıblar.



Bakıda evdən 5 500 manat oğurlandı
Evlərdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb
Evdən 7 minlik qızıl oğurlandı və...
Oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
30-cu şöbə əməliyyat keçirdi - HƏBS EDİLƏNLƏR VAR
Bakıda "07" qaçıran şəxslər HƏBS EDİLDİ
Mənzillərdən oğurluq edənlər saxlanıldı
Bakı metrosunda əməliyyat - SAXLANILAN VAR
Bakıda qadına qarşı CİNAYƏT
Qobu və ətraf ərazilərdə 80-ə yaxın evdən oğurluq edən şəxslər ƏLƏ KEÇDİ
Füzulidə mağazalara qənim kəsilən şəxslər saxlanıldı
Bakıda narkokuryerlər saxlanıldı - Video
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 