Sumqayıtda bir ailənin 6 üzvünün dəm qazından boğularaq ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
ONN media Lent.az-a istinadən xəbər verir ki, İlkin araşdırmalardan sonra Sumqayıt şəhər Sülh küçəsi, 5-ci məhəllədə yerləşən binada yaşayan Füzuli rayonu, Kərimbəyli kənd sakinləri, 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, 1987-ci il təvəllüdlü Sara Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Abbasovanın keçən həftənin şənbə gününə keçən gecə qazdan boğularaq öldüyü müəyyənləşib. Onların vəfat etməsi ilə bağlı xəbər polisə bazar günü verilib və dərhal Hüseynovlar ailəsinin Bakıda yaşayan tək oğlu Kamala bu barədə məlumat verilib.
Bakıda nazirliklərdən birində işləyən Kamal Hüseynov ailə üzvlərinin 1 həftə əvvəldən vəfat etməsi və onlarla heç kimin əlaqə saxlamaması ilə bağlı deyilənləri təkzib edib. O deyib ki, hadisənin sabahısı günü bu barədə xəbər alıb.
Bu arada o da məlum olub ki, bədbəxt hadisə nəticəsində vəfat edən sara Hüseynova bir müddət əvvəl həyat yoldaşı Qüdrət Abbasovdan rəsmən boşanıb. O, 3 uşağı ilə birgə valideynlərinin himayəsində yaşayırmış.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.



Sumqayıtda dəm qazından ölən ailənin FOTOSU
Bir ailənin 6 üzvü həyatını itirdi
Qobustanda FACİƏ: Ana 3 azyaşlı övladı ilə...
Sumqayıtda dəm qazından boğulan ailə…- FOTO
Şəkidə FACİƏ: ailənin üç üzvü dəm qazından...
Gəncədə FACİƏ: bir ailə...
Bir ailənin 5 üzvü dəm qazından zəhərləndi
“Kartof Festivalı”nda kütləvi zəhərlənmə
Bakıda kişi dəm qazından boğulub öldü
Məşhur müğənni və rəqqasın ölüm səbəbi bilindi
Azərbaycanda bir ailənin dörd üzvü dəm qazından zəhərləndi
Hacıqabulda kütləvi zəhərlənmə olub
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 