Şəkidə baş verən ağır yol qəzasında iki nəfər ölüb, daha üç nəfər isə xəsarət alıb.
Hadisə bu gün axşam saat 23 radələrində Qaraməryəm-İsmayıllı- Şəki magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib. Hələ ki, şəxsiyyəti müəyyənləşməyən sürücü idarə etdiyi “VAZ 2106” markalı 10 BP 018 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Daha sonra maşın qaz xəttinə dəyərək xətti qırıb.
Qəza nəticəsində hadisə yerində ölən və avtomobildə sıxılmış vəziyyətdə qalan iki nəfərin cəsədi hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qəza zamanı xəsarət alan daha üç nəfər isə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar. Hazırda ölən və yaralananların şəxsiyyətləri müəyyənləşdirilir. Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır. (apa)



Şəkidə zəncirvarı qəza
Azərbaycanda polis əməkdaşları qəzaya düşdü: Ölən və yaralanan var - YENİLƏNİB
İsmayıllıda yol qəzası - Ölən var
Neftçalada dəhşətli qəza: 4 ölü, 2 yaralı
Salyanda ağır qəza: 1 ölü, 2 yaralı
Şəkidə çörək sexində partlayış - 1 nəfər yaralandı
Masallıda daha bir ağır qəza: ölən var
İsmayıllıda yol qəzası olub- Yaralılar var
Şəkidə AĞIR QƏZA - Xəsarət alanlar var
Biləsuvarda yanacaqdaşıyan maşın aşdı: ölən var
Qobuda qəza: FHN əməliyyat görüntülərini yaydı
Bakı- Şamaxı yolunda qəza olub
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 