Bu gün saat 19 radələrində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandoband meşəbəyliyinin yüksək dağlıq ərazisindəki 19 a saylı dolayında yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, dərhal yanğının söndürülməsinə ETSN-in yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Qeyd edək ki, yanğın yüksək dağlıq ərazini əhatə etdiyindən və güclü küləklə müşayiət olunduğundan onun söndürülməsində çətinliklər yaranıb. Hazırda ETSN-nin əməkdaşları, o cümlədən FHN-nin canlı qüvvəsi yanğının söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirir. Yanğın kol-kosla örtülü ərazini əhatə edir. Alovun qarşısının alınması istiqamətində operativ tədbirlər davam etdirilir.
Eyni zamanda Şabran rayonunun yüksək dağlıq ərazisində yerləşən Çuxurəzəmi kəndinin meşə torpaqları ilə sərhədindəki bələdiyyə torpaqlarında da yanğın hadisəsi baş verib. Yanğının söndürülməsi üçün dərhal əraziyə Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Güclü küləklə müşayət olunan yanğının meşə ərazisinə keçməsinin qarşısını almaq məqsədilə operativ tədbirlər görülür.



Lerik və Şabranda meşə yanğınları söndürüldü
Lənkəran meşələrindəki yanğından NƏ XƏBƏR?
İsmayıllıda meşə yanır
Qəbələdə meşə yanğını başlayıb
Oğuzda baş verən yanğın meşə fondu ərazisinə keçdi - YENİLƏNDİ
Oğuzdakı meşə yanğını söndürüldü - YENİLƏNDİ
Lerikdə güclü yanğın
Şahdağ Milli Parkındakı yanğın söndürüldü (YENİLƏNDİ)
Nazirlikdən yanğınla bağlı çağırış
Şahdağ Milli Parkında yanğın başlayıb- YENİLƏNİB
Azərbaycanda güclü yanğın başladı
Şəkidə meşə yanğını başlayıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 