Rusiyanın Kemerovo şəhərində yerləşən və martın 25-də dəhşətli yanğının baş verdiyi "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət-əyləncə mərkəzinin baş direktoru Nadejda Suddenok istintaqa ifadə verib.
APA-nın verdiyi xəbərə görə, N. Suddenok yanğının qəsdən törədildiyini iddia edib. O deyib ki, dəfələrlə ticarət mərkəzində qaraçı görünüşlü adamlar görüb, onlar oyun aparatlarında pulsuz oynayır, tualetlərin divarlarında yazılar yazırmış. Bu şəxslər barəsində polisə şikayət edilsə də, onlar saxlanıldıqdan sonra dərhal buraxılıblar.
“Kinoteatrın qapıları heç vaxt bağlanmazdı. Mən həmişə özüm hər şeyi yoxlayır, təmizliklə məşğul oluram”, - deyə baş direktor söyləyib. O qeyd edib ki, yanğın başladıqdan sonra mərkəzin işçilərindən insanlara köməklik edilib-edilmədiyi ilə bağlı məlumat alıb və əməkdaşlar ona hər şeyin qaydasında olduğunu söyləyiblər. Amma bir az sonra kinoteatrların qapılarının bağlı olması və ölənlərin sayı haqda məlumatlar gəlməyə başlayıb: "Mənim sorğu-sual etdiyim əməkdaşımız dedi ki, uşaq zalında partlayış səsi eşidib və alov görüb. Attraksion özlüyündə o cür alışa bilməz. Əmin edə bilərəm ki, bu yanğını kimsə törədib”.



Ticarət mərkəzində güclü yanğın olub
Yanğında ölənlərin sayı açıqlandı
Dəhşətli yanğında azərbaycanlılar olub?- AÇIQLAMA
Ticarət mərkəzləri yoxlanılacaq
Rusiyada yanğında itkin düşən üç nəfər sağ tapıldı
Rusiyada dəhşətli yanğın: 3 uşaq yanaraq öldü
"Sədərək" ticarət mərkəzinin yaxınlığında YANĞIN
Azərbaycanda DƏHŞƏTLİ YANĞIN: 10-a yaxın obyekt...
Ticarət Mərkəzində güclü yanğın olub
Ticarət mərkəzində yanğın- 4 uşaq öldü
Yanğınla bağlı son vəziyyət açıqlandı
Rusiyada ticarət mərkəzində YANĞIN
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 