Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, xüsusən mülkiyyət əleyhinə olan cinayətlər əleyhinə mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən ONN media-ya bildirilib ki, martın 28-də bu istiqamətdə keçirilmiş tədbirlərlə zərərçəkmişlərə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq cinayətlərinin bir neçəsinin üstü açılıb.
Belə ki, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Səbail rayonu ərazisindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Məlumatla əlaqədar Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.Araşdırma zamanı ev sahibi olan qadın Bayıl qəsəbəsindəki mənzilindən 200 manat pul və 63.400 manat dəyərində qızıl əşyalarının oğurlandığını bildirib.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakinləri Sərxan Bayramov və Teymur Şahpələngov olduqları müəyyən edilib. Oğurladıqları qızıl-zinət əşyalarının bir çoxu polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən qadın mənzilindən 4000 manat və 300 ABŞ dollarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sabirabad şəhər sakini Vüqar Bağırov qısa müddətdə müəyyən edilərək saxlanılıb.
DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə rayon ərazisindəki evlərin birindən 350 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Orxan Məmmədov müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.



Bakıda 9500 manatlıq oğurluq
Evdən 31000 manatlıq qızıl oğurlandı
Mənzillərdən oğurluq edənlər saxlanıldı
Avtobusda qadına qarşı CİNAYƏT
Oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda evdən 4 min manatlıq qızıl oğurlandı
Bakı metrosunda əməliyyat - SAXLANILAN VAR
Gəncədə 18 min manatlıq oğurluq
Bakıda azyaşlılar mağazadan oğurluq etdi
Qızıl, telefon, planşet, noutbuk oğurlayan şəxslər saxlanılıb
Bakıda “Topaz”dan oğurluq oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 