ONN İnformasiya Agentliyi

Cinayət və hadisələr haqqında statistik məlumat

Cinayət və hadisələr haqqında statistik məlumat
30-03-2018, 08:45


ONN media DİN-in mətbuat xidmətinə istinadən son iki günə olan cinayət hadisələrinin statistikasını təqdim edir.

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 97 cinayət faktı qeydə alınmış, onların da 25-i “isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə 34 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 5 nəfər xəsarət almışdır.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılmışdır

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png