Şimal bölgəsində zəlzələ olub.
ONN media xəbər verir ki, Quba, Qusar və Şabran rayonlarında 22:15 radələrində yeraltı təkan qeydə alınıb.
Şahidlərin sözlərinə görə ilkin ehtimala əsasən, zəlzələ 3-4 bal gücündə olub. Şabran rayon əhalisi təşviş içindədir. Bəzi yerlərdə rayon camaatı küçələrə çıxıb.