Lənkəranda azyaşlı qız balıqdan zəhərlənib.
ONN media xəbər verir ki, hadisə Lənkəranın Günəhir kənində baş verib. Kənd sakini, 11 yaşlı Elza Əliyeva zəhərlənmə diaqnozu ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin müayinələr zamanı onun balıqdan zəhərləndiyi məlum olub.
Zəruri tibbi yardım göstərildikdən sonra Elza Əliyevanın vəziyyəti normallaşıb.
Daha bir zəhərlənmə hadisəsi rayonun Mamusta kəndində qeydə alınıb. 5 yaşlı Hüseyn Fərəcov və onun bacısı, 3 yaşlı Arifə Fərəcova valideynlərinin nəzarətindən yayınaraq stolun üzərində olan dərmanı içiblər. Hər iki azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onlara tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.