Baş Prokurorluq Qusarda 17 yaşlı oğlanın ögey anası tərəfindən öldürülməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən ONN media-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Qusar rayonunun Hil kənd sakini, 2000-ci il təvəllüdlü Daşdəmirov Nəsrəddin Radik oğlunun guya ögey anası tərəfindən döyülərək aldığı xəsarətlərdən Qusar rayon xəstəxanasında vəfat etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib. Həmin informasiyalar Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunur və bununla əlaqədar bildiririk ki, Nəsrəddin Daşdəmirov 2 oktyabr 2017-ci il tarixdə ağır vəziyyətdə “ağ ciyərlərin infiltrativ vərəmi, tənəffüs çatmamazlığı” diaqnozu ilə Bakı şəhərində yerləşən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna daxil olub, xəstəyə müvafiq tibbi yardımların göstərilməsinə baxmayaraq, 3 oktyabr 2017-ci il tarixdə orada vəfat edib.
Faktla bağlı Nizami rayon prokurorluğunda tam, hərtərəfli və obyektiv araşdırma aparılıb, zəruri prosessual hərəkətlər yerinə yetirilib, o cümlədən məhkəmə-tibbi ekspertizası təyin olunub.
Ekspertizanın rəyi ilə müəyyənləşib ki, N.Daşdəmirovun meyiti üzərində hər hansı bir xəsarət aşkarlanmayıb, onun ölümünə səbəb ağciyərlərin iki tərəfli virus mənşəli fəsadlaşmış, irinli hemorragik pnevmoniyası ilə əlaqədar baş vermiş kəskin tənəffüs çatmamazlığı olub.
Mərhumun ölümü ilə bağlı cinayət hadisəsi olmadığına görə rayon prokurorluğunda 3 noyabr 2017-ci il tarixdə cinayət işinin başlanmasının hissəvi rədd edilməsi haqqında qərar qəbul edilib.
Həmçinin, N.Daşdəmirovun ögey anası tərəfindən döyülməsi ilə bağlı məlumatların araşdırılması üçün material ərazi aidiyyəti üzrə Qusar rayon prokurorluğuna göndərilib və hazırda həmin hissə ilə bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparılır.
Məlumatda həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş edilir ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü Baş Prokurorluğun mətbuat xidməti ilə dəqiqləşdirsinlər.



Ögey anası 17 yaşlı yeniyetməni döyüb öldürdü - Qusarda dəhşət...
Avtomobil zavodunda işçinin qəfil ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
Baş Prokurorluq təkzib etdi
Bu məlumat araşdırılır - Baş Prokurorluq AÇIQLADI
Ağciyər Xəstəlikləri İnstitutunda daha bir şəxs infeksiyadan öldü
Prokurorluq minaya düşən şəxslə bağlı məlumat yaydı
Baş Prokurorluqdan AÇIQLAMA: "Azadlığa buraxılmayıb"
Bakıda gənc qız koronavirusdan ölüb?- RƏSMİ
SON DƏQİQƏ: Füzulidə minaya düşən şəxs vəfat etdi
Prokurorluqdan Nərminin qətli ilə bağlı YENİ AÇIQLAMA
Baş Prokurorluq intihar edən gənc qızla bağlı MƏLUMAT YAYDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 