Martın 16-da Lənkəranda itkin düşmüş Lerik rayonunun Veri kəndinin sakini, 49 yaşlı Mirisaq Yədulla oğlu Babayevin meyiti tapılıb.
ONN media xəbər verir ki, aparılan əməliyyat-axtarış tədbirləri zamanı onun yoxa çıxmasında şübhəli bilinən şəxslər müəyyən edilib.
1974-cü il təvəllüdlü, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbə sakini Bakı şəhərində saxlanılıb. Eyni zamanda hələlik adı açıqlanmayan taksi sürücüsü də istintaqa cəlb edilib. Saxlanılmış şəxs M.Babayevi öldürərək yaşadığı evin zirzəmisində basdırdığını etiraf edib. Polis və prokurorluq əməkdaşlarının iştirakı ilə meyit hazırda ekskumasiya olunur.
Qeyd edək ki, M.Babayev itkin düşdüyü gün Lənkəranda bacısı oğlunun toyunda iştirak edib, sonra taksiyə oturaraq şadlıq evindən uzaqlaşıb. Yaxınlarının dediyinə görə, onun üzərində 700 manat pul olub. Qətlin də tamah məqsədilə törədildiyi ehtimal edilir.
Meyit ekskumasiya olunduqdan sonra Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil veriləcək. Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam edir.



Lənkəranda DƏHŞƏTLİ QƏTL - Evinə gələn qonağı...
Azərbaycanda ŞOK HADİSƏ - Qadın ərini öldürdü, meyitini yandıraraq basdırdı
Binanın blokundan 38 yaşlı kişinin meyiti TAPILDI
Lənkəranda bir gündə iki oğurluğun üstü açıldı
Könül cinayəti ilə bağlı daha bir FAKT
Bakıda kişi maşını ilə birgə yoxa çıxdı
Müəllimənin meyiti tapıldı - Sumqayıtda
Nərminin qatili azad edilir?
Gəncədə DƏHŞƏTLİ QƏTL: İtkin düşən qızın meyiti zibillikdən tapıldı
İlkin Süleymanov istintaqa hansı açıqlama verdi?
Bakıda DƏHŞƏTLİ QƏTİL: sifarişlə qadını öldürdülər, yandırdılar sonra...
Lənkəranda 61 yaşlı kişini qatar vurdu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 