Avqustun 13-ü saat 13:00 radələrində Şamaxı Rayon ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə 9 nəfər - 4 kişi və 5 qadın - müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
ONN media xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, tibb müəssisəsində yaralılara bel və döş fəqərələrinin kompression sınıqları, sol bazu sümüyünün sadə və çoxqəlpəli sınıqları, bel, sol çiyin və sol diz nahiyəsinin yumşaq toxumalarının əzilməsi, qapalı kəllə-beyin travması, sağ göz ətrafı toxumalarda hematoma və üz nahiyəsində çoxsaylı səthi sıyrıntılar diaqnozu təyin edilib.
"Zəruri tibbi yardım göstərildikdən sonra 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. 1983-cü il təvəllüdlü şəxs (qadın cinsli) ixtisaslaşdırılmış tibbi yardım məqsədilə Elmi Tədqiqat Travmatologiya-Ortopediya İnstitutuna təxliyə olunub. Digər şəxslərin müalicəsi Təcili Tibbi Yardım şöbəsində davam etdirilir", - məlumatda qeyd edilib.



Bakı-Sumqayıt yolundakı ağır qəzada xəsarət alanların SON DURUMU
Ələt-Astara yolunda ağır yol qəzası olub
Toydan çıxan zaman avtomobilin vurduğu qadınla bağlı RƏSMİ AÇIQLAMA
Bakıda ağır yol qəzası olub- Ata və qızı öldü
Ağır qəza ilə bağlı TƏBİB- dən açıqlama
Bakıda sexdə partlayış: 24 yaralı var - Rəsmi
Minaya düşən şəxsin son durumu necədir?
Küləkli havada neçə nəfər xəsarət alıb?
Zavoddakı partlayışla bağlı TƏBİB-dən açıqlama
TƏBİB yaralılarla bağlı məlumat yaydı
Biləsuvarda ağır yol qəzasl olub- ÖLƏNLƏR VAR
Uşaq baxçasının işçiləri qəzaya düşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 