DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı–Quba yolunda dünən yüksək sürət nəticəsində baş verən yol qəzasının görüntülərini yayıb və sürücülərə müraciət edib.
İdarədən verilən məlumata görə, oktybarın 6-da saat 12:45 radələrində Bakı-Quba avtomobil yolunun 136-cı kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin ehtimala əsasən, yüksək sürətlə idarə olunan “Mersedes” markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq ağaclara çırpılıb.
Hadisə nəticəsində avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib, sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərə müraciət edərək diqqətə çatdırır ki, sükan arxasında hər bir qərar məsuliyyət tələb edir. Manevr qaydalarının pozulması, yüksək sürət və yol şəraitinə uyğun olmayan idarəetmə çox zaman faciəvi nəticələrə gətirib çıxarır.
Sürücülərin bir daha diqqətinə çatdırılır ki:
- yolda hərəkət edərkən manevr etməzdən əvvəl arxa və yan görünmə güzgülərinə diqqətlə baxsınlar;
- qarşıdan gələn nəqliyyat vasitələrinin məsafəsini düzgün qiymətləndirsinlər;
- yorğun, halsız və ya diqqəti yayınmış vəziyyətdə sükan arxasına keçməsinlər;
- təhlükəsizlik kəmərindən mütləq istifadə etsinlər və avtomobildə olan sərnişinlərin də bu qaydaya əməl etmələrini təmin etsinlər.
Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək yalnız cərimədən yayınmaq üçün deyil, həm öz həyatımızı, həm də digər hərəkət iştirakçılarının həyatını qorumaq üçündür", məlumatda deyilir.
DİN sürücülərə müraciət edib



Şəkidə ağır yol qəzası baş verib- ÖLƏNLƏR VAR
Yol polisi sürücülərə müraciət etdi
Bakı- Şamaxı yolunda ağır yol qəzası baş verib
Yol polisi bu sürücülərə müraciət etdi
DYP hava ilə bağlı müraciət etdi
DYP bu sürücülərə müraciət etdi
Bakı-Quba yolunda ağır yol qəzası baş verib
DYP-dən Bakı-Quba yolundan istifadə edən sürücülərə müraciət
Bakı-Quba yolunda ağır qəza olub
DYP sürücülərə müraciət etdi
Yol polisi sürücülərə müraciət etdi
DYP-dən sürət həddini aşan sürücülərə müraciət
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 