Yasamal rayonunda 3 nəfərin ölümü, 27 nəfərin zəhərlənməsi ilə nəticələnin yanğınla bağlı müxtəlif iddialar səslənir.
ONN media xəbər verir ki, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğın baş verən çoxmərtəbəli yaşayış binasının sakini, jurnalist Heydər Mirzə Trend-ə açıqlamasında yanğının binada yerləşən restorandan başladığını deyib.
“Yanğının mənbəyi restoran olub. 2010-cu ildən binada yaşayıram. “Loft” restoranı 2 il öncə burada açılıb. Restoran sahibi binaya məxsus qarajın yarısını mənimsəyərək restoran və stomatoloji mərkəz təşkil edib. Yanğın təhlükəsindən əlavə, hər gün 5-ci mərtəbəyə qədər səs-küy, musiqi səsi gəlir”, - o bildirib.
Heydər Mirzə vurğulayıb ki, bir ay öncə restoran hibrid maşınların elektrik doldurma dayanacağını quraşdıraraq generatoru zirzəmidə yerləşdirib:
“Üç gün əvvəl binanın baş ustası yanıq qoxusu ilə bağlı restorana müraciət etdikdə adamı döyüblər”.
“Loft” restoranı isə ittihamları rədd edib. Restorandan bildirilib ki, yanğın binada olub, restoranda yox:
“Əgər yanğın restoranda baş versəydi, obyektin hər hansısa hissəsi zərər görə bilərdi. Amma restoran heç bir ziyan çəkməyib. Üstəlik, restoranın üzərində yerləşən stomatoloji mərkəzə də heç bir zərər dəyməyib. İddiaları qəbul etmirik. Dövlətimiz var, araşdırma aparılacaq və hər şey aydın olacaq".
Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğında 3 nəfər həlak olub, tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunan 27 nəfərdən 20-nə (13-ü kişi, 7-si qadın) zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir
Yasamaldakı yanğın haradan başlayıb?



Dəhşətli yanğınla bağlı YENİ DETAL
Yanğınla bağlı son durum açıqlandı
Bakıda çoxmərtəbəli binada yanğın başlayıb
"Şəki" restoranı üçün nə qədər kompensasiya ödənilib?
Daha 4 kafe və restoran cərimələndi
Azərbaycanlı iş adamının restoranı YANDIRILDI
Yasamaldakı yanğında ölənlərin kimliyi açıqlandı
Bakıda məşhur restoranda yanğın baş verib
Sumqayıtda yanan şadlıq sarayı kimindir?
Bakıda restoranda yanğın olub
Azərbaycanda məcburi köçkünlərin yaşadığı binada yanğın oldu
“Lido” restoranı cərimələndi
Yunus Oğuzun “Türk Etnonimi ve Töreleri” kitabı türk oxuculara təqdim olunub– ÖZƏL
Sülhə nail olunub- İlham Əliyev
Leyen Azərbaycanda səfərdədir: Bayramov qarşıladı
DTX Mətbuat xidmətinin məlumatı
Bu şəxslər dövlətdən ömürlük müavinət ala bilər
Təbrizdə güclü partlayış oldu
Dəmiryol Muzeyinə giriş sərbəst olacaq
Temperatur 35 dərəcəyə yüksələcək
Rayonlara avtobuslarla gedən sərnişinlərə şad xəbər!
"Qarabağ" bir gündə 2 oyun keçirəcək
Zarafat qanla bitdi: həmkəndlisini öldürdü
Mbappe Messini keçdi
Qadınların pensiya yaşı artırıldı
Günün qoroskopu: Bu gün bu işlər üçün əlverişli gündür
Venesuelada zəlzələ qurbanlarının sayı 1719-a çatıb 