Ağsu rayonunda ağır yol qəzası baş verib.
ONN media xəbər verir ki, hadisə rayonun Dilman kəndi ərazisində qeydə alınıb.
Belə ki, BYD markalı minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq qoruyucu daş-beton bəndinə çırpılıb, daha sonra bir neçə dəfə yuvarlanaraq təxminən 100 metr aralıda yerləşən Ağsu çayının yatağına düşüb.
Hadisə zamanı avtomobildə 4 nəfər olub. Qəza nəticəsində 27 yaşlı Cəfərov Kamran və 22 yaşlı Qasım Səid Asif oğlu hadisə yerində həyatını itirib.
Digər iki sərnişin - 21 yaşlı Baxışov İsmayıl Etibar oğlu və 20 yaşlı Şəfaqətov Şahvələt Asəf oğlu ağır bədən xəsarətləri alaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanası aparılıb.
Qəzanın başvermə səbəbi araşdırmalardan sonra məlum olacaq.
***
Ağsu rayonunda iki nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə DİN-in mətbuat xidmətinin Şəki Regional Qrupundan məlumat verilib.
***
Ağsuda baş verən dəhşətli qəzada xəsarət alanların vəziyyətləri ağırdır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumata görə, mayın 26-da saat 03:20-də Ağsu rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 2 nəfər (kişi) Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
2005-ci və 2006-cı il təvəllüdlü şəxslərə baş beyinin silkələnməsi və baş nahiyəsinin açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən pasiyentlərin vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə zamanı daha 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.



Ağsuda ağır yol qəzası olub- ÖLƏNLƏR VAR
Bu rayonda AĞIR QƏZA: 7 kənd işıqsız qaldı
Qəbələdə ağır qəza olub
Kürdəmirdə avtomobil aşdı: YARALI VAR
Kürdəmirdə AĞIR QƏZA: Avtomobil yanaraq külə döndü, bir ailənin 5 üzvü...
Masallıda daha bir ağır qəza: ölən var
İsmayıllıda ağır qəza baş verdi
Ağsuda avtomobil aşıb - Ölən var
Şəkidə ağır yol qəzası baş verib- ÖLƏNLƏR VAR
Kürdəmirdə AĞIR QƏZA: İki qardaş...
Ağsuda ağır yol qəzası olub- YARALILAR VAR
Goranboyda ağır qəza olub- Xəsarət alanlar var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 