ONN İnformasiya Agentliyi

DTX-nin əməkdaşı saxlanılıb

DTX-nin əməkdaşı saxlanılıb
29-05-2018, 14:03


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şirvan şəhər şöbəsinin əməkdaşı tutulub.

ONN media APA-ya istinadla xəbər verir ki, gecə saatlarında DTX-nın Şirvan şəhər şöbəsinin əməkdaşı, baş əməliyyat müvəkkili, 1982-ci il təvəllüdlü Ağayev Rövşən Firudin oğlu saxlanılıb.

R. Ağayevin hansı səbəblərdən saxlanıldığı hələlik dəqiq məlum deyil.

Bəzi məlumatlara görə, onun saxlanması Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevanın bir neçə gün əvvəl itkin düşməsi ilə əlaqədardır.

Faktla bağlı araşdırma davam etdirilir. 

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png