Bəzi kütləvi informasiya vasitələrində, sentyabrın 1-də gecə saatlarında Hacıqabul rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş Qiyaslı Orxan Yaşar oğlunun meyitinin məhkəmə-tibbi müayinəsi həyata keçirilən zaman mərhumun qohumlarının Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin Şirvan şəhər şöbəsinə hücum edərək işçilərə xəsarətlər yetirmələri ilə bağlı informasiyalar yayılıb. ONN media xəbər verir ki, bu barədə Şirvan Şəhər Prokurorluğundan məlumat verilib. "Bildiririk ki, MTE və PA Birliyinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Eldar Məmmədov qeyd olunan faktla bağlı Şirvan şəhər prokurorluğuna müraciət edib. Müraciət əsasında aparılan araşdırma zamanı müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, hadisənin şahidləri müəyyən edilərək izahatları alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma davam etdirilir", - Prokurorluqdan bildirilib.
Şirvan xəstəxanasında insident - RƏSMİ AÇIQLAMA



Azərbaycanda ŞOK CİNAYƏT - Qadını evdə öldürüb qaçdılar
Baş redaktor qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqladı - RƏSMİ
Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış: yaralılar var
RƏSMİ: Azərbaycanda qadını öldürüb gizli basdırıblar
Şirvan şəhər İcra Hakimiyyəti təkzib etdi - TƏYİNAT OLMAYIB
Azərbaycanda bağça müdirinə cinayət işi açılıb
Gömrük komitəsinin əməkdaşı iş başında öldü
Vəzifəli şəxslərə 90 minlik yeyinti ilə bağlı cinayət işi açıldı
Dələduzluq edən Şirvan sakininə cinayət işi açıldı
10 yaşlı uşaq naməlum səbəbdən ölüb
Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs ƏLƏ KEÇDİ
Qaçırdığı maşını yandırdı - ŞOK OLAY
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 