Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisində avtomobildən oğurluq edilməsi barədə müraciət daxil olub. ONN media nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə gələn Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Məlum olub ki, A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Saleh Bağırova məxsus “KİA” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində şəxsiyyət vəsiqəsi və avtomobilin sənədləri olan çanta oğurlanıb.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən şəxsi qısa zamanda müəyyən edib və həmin şəxs saxlanılıb. Araşdırmalarla onun Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Babayev olduğu məlum olub. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, zərərçəkmiş şəxs İctimai Televiziyanın tanınmış aparıcısı Saleh Bağırovdur. Hadisə telekanalın yaxınlığında, yolun kənarında baş verib.



Xanımlar diqqətli olun-Təhlükəli oğurluq
Soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıb
Evdən 31000 manatlıq qızıl oğurlandı
Quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
DİN və DTX birgə əməliyyat keçirdi — Əcnəbi vətəndaş tutuldu
Mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Avtomobillərdən oğurluq- DİQQƏTLİ OLUN
13 ədəd telefon oğurlayan şəxs saxlanıldı
Telefon bağazasından oğurluq etmək istədi-SAXLANILDI
Bakıda “Topaz”dan oğurluq oldu
Bakıda narkokuryerlər saxlanıldı - Video
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 