ONN İnformasiya Agentliyi

Əvvəllər məhkum olmuş şəxsdən narkotik götürülüb

Əvvəllər məhkum olmuş şəxsdən narkotik götürülüb
31-05-2018, 12:54


ONN media xəbər verir ki, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Heydər Dadaşovdan narkotik vasitə olan heroin aşkar edilib.

Ətrafında aparılan tədbirlərlə onun külli miqdarda narkotik vasitəni gizlətdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən onun Boradigah qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında gizlətdiyi 435 qram marixuana da aşkar edilərək götürülüb.

Götürülmüş maddi sübut ekspertizaya təqdim olunub.

Faktla bağlı cinayət işi başlanılıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png