Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
ONN media xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Cəlilabad şəhərinin ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Rüstəmov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 50 qram narkotik vasitə olan heroin aşkar edilib. Onun yaşadığı evdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı isə əlavə olaraq 100 qramdan artıq heroin, 4,221 qram tiryək, 20 qramdan çox “Metamfetamin”, həmçinin 1 ədəd elektron tərəzi də aşkar edilərək götürülüb.
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Ravin Əliyev 2,42 qram marixuananı satarkən cinayət başında yaxalanıb. Şəxsi axtarış zamanı ondan 2,25 qram, idarə etdiyi “VAZ-2107” markalı avtomobildən isə əlavə 473 qram marixuana aşkar edilib.
Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.



Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
Polis əməliyyat keçirdi: SAXLANILANLAR VAR
Polis son 6 gündə BÖYÜK ƏMƏLİYYAT KEÇİRDİ: 110 kiloqrama yaxın narkotik ələ keçirildi
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
Masallı polisindən əməliyyat: saxlanılanlar var
Polis əməliyyat keçirdi: tutulanlar var
Polis əməliyyat keçirdi: saxlanılanlar var
Külli miqdarda narkotik aşkarlandı
Lənkəranda BÖYÜK ƏMƏLİYYAT: Həbs olunanlar var
2 kiloqram narkotik dövriyyədən çıxarıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 