Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şirvan şəhərində xüsusi əməliyyat həyata keçiriblər. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nazirliyin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin yayılmasının qarşının alınması istiqamətində mübarizə tədbirləri davam etdirilir. Bu məqsədlə nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Şirvan şəhərində xüsusi əməliyyat həyata keçirilib. Əməliyyat nəticəsində Şirvan və ətraf rayonlarda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb. Onlardan külli miqdarda heroin və digər növdən olan narkotik maddələr götürülüb. Əməliyyat zamanı əvvəlcə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Şirvan şəhər sakini Elxan Nəsirov saxlanılıb. Ondan satış məqsədi ilə əldə edib üzərində gəzdirdiyi və yaşadığı evdə gizlətdiyi ümumi çəkisi 45 qram narkotik vasitə tiryək aşkar olunub. İlkin araşdırma zamanı Elxan Nəsirov narkotik vasitəni əvvəldən tanıdığı xarici ölkələrdən birinin vətəndaşından Astara rayonu ərazisində təyin edilən yerdə götürdüyünü və satmaq məqsədi ilə Şirvan şəhərinə gətirdiyini bildirib. Baş İdarə əməkdaşları tərəfindən Şirvan şəhərində həyata keçirilən digər əməliyyat zamanı şəhər sakini əvvəllər məhkum olunmuş Vidadi Feyziyev və Nadim Dadaşov da saxlanılıblar. Axtarış zamanı Vidadi Feyziyevin üzərindən 36 qram metamfetamin, Nadim Dadaşovdan isə 40 qrama yaxın heroin aşkar olunaraq götürülüb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən daha bir əməliyyat tədbiri zamanı isə əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini Fərid Məmmədov da saxlanılıb. Onun üzərinə baxış zamanı 66 qram, yaşadığı evdən isə 10 qram heroin aşkar olunub. Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Şirvanda "NARKOTİK OVU": Keçmiş məhkum da işin içində olub



Polis əməliyyat keçirdi - Həbs edilənlər var (VİDEO)
Polis BÖYÜK ƏMƏLİYYAT KEÇİRDİ: 68 kiloqram narkotiklə həbs olundular
Bakıda ƏMƏLİYYAT: Həbs edilən var
DİN-dən ƏMƏLİYYAT: 11 nəfər saxlanıldı
Polisdən daha bir əməliyyat: 13 nəfər tutuldu
Polis son 6 gündə BÖYÜK ƏMƏLİYYAT KEÇİRDİ: 110 kiloqrama yaxın narkotik ələ keçirildi
Külli miqdarda narkotik götürülüb
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 