Qaradağ rayonu ərazisində gəmidə yüksək vəzifədə işləyən şəxs dünyasını dəyişib.
ONN media xəbər verir ki, yük gəmisində baş mexanik vəzifəsində işləyən Duliyev Ənvər Fidan oğlu elə gəmidəcə ürək tutmasından keçinib. Belə ki, bədbəxt hadisə gəmi sahilə yaxınlaşan zaman qeydə alınıb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliynin Qaradağ rayon şöbəsinə aparılıb. İlkin ekspertiza rəyləri zamanı 1965-ci il təvəllüdlü Ə.Duliyevin uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkdiyi məlum olub.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırmalara başlanılıb.