Oğurluqda şübhəli bilinən Mehdiabad qəsəbə sakinləri saxlanılıblar.
ONN media xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 24-də rayon ərazisindəki evlərin birindən 750 manat və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Mehdiabad qəsəbə sakini Asif Ağayev və Fatmayı qəsəbə sakini Asif Şıxıyev saxlanılmışlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların mart ayı ərzində daha 2 evdən sənəd, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.