Bakı şəhəri, Binəqədi rayonu ərazisində boya sexində yanğın baş verib.
ONN media FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir
Yanğın məhdudlaşdırılıb.
Ətraf ərazilərə təhlükə yoxdur.
Əlavə məlumat veriləcək.