Ermənistan rəhbərliyinin son hərbi və siyasi uğursuzluğu onları Qarabağ münaqişəsi zonasında gərginliyi artırmağa vadar edib. Son dörd gün ərzində Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərinə atəşi gücləndirib. Azərbaycan ordusunun cavab atəşi nəticəsində Tərtər, Goranboy və Ağdam istiqamətində düşmən əhəmiyyətli itkilər verib. Buna baxmayaraq Ermənistan Müdafiə Nazirliyi itkilərlə bağlı susmağa davam edir.
ONN media Ölkə.az-a istinadla xəbər verir ki, Tərtər rayonunun işğal olunmuş ərazisində erməni hərbçilərinin Azərbaycan mövqelərini izləmək üçün quraşdırdığı müşahidə kamerası sıradan çıxarılıb.
İşğal olunmuş Seysulan kəndində erməni hərbçilərinin mühəndis işləri keçirməyə cəhd etdikləri çox funksiyalı “Hyundai” markalı ağır texnika məhv edilib.
Bundan başqa, Tərtər rayonu istiqamətində cavab atəşi ilə düşmən postu dağıdılıb, nəticədə Ermənistan ordusunun iki hərbçisi öldürülüb.
Tərtər rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun digər bölmələri erməni hərbçilərə məxsus “Kamaz” markalı yük maşınını məhv ediblər.
Eyni zamanda Tərtərin rayonunun Həsənqaya kəndi yaxınlığında yerləşən Azərbaycan ordusunun bölmələrinin cavab atəşilə Ermənistan ordusunun iki hərbçisi öldürülüb.
Ermənistan ordusunun bu qədər artan fəallığına münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov bildirib ki, bu, Naxçıvan istiqamətindəki məğlubiyyətlə bağlı ola bilər.
“Qarabağ istiqamətində gərginlik yaratmaqla onlar Naxçıvan istiqamətindəki məğlubiyyətdən öz xalqının diqqətini yayındırmaq istəyirlər. Lakin bununla öz vəziyyətlərini ağırlaşdırdılar. İndi onlar ölkədə yeni etirazlardan ehtiyatlanaraq öz itkiləri gizlətmək məcburiyyətindədirlər”, - deyə ekspert qeyd edib.



SON DƏQİQƏ: Ermənistan atəşkəsi pozdu: Ordumuz cavab atəşi açdı
Cəbhədə son durum
Cəbhədə son durum
SON DƏQİQƏ: Cəbhədə hazırda vəziyyət necədir? - RƏSMİ
Cəbhədə təxribat: Atəşkəs 50 dəfə pozuldu
Cəbhədə təxribat: Atəşkəs 69 dəfə pozuldu
Cəbhədə təxribat: Atəşkəs 52 dəfə pozuldu
Madagiz düşmən tərəfindən nə vaxt işğal edilmişdi?
Cəbhədə təxribat: Atəşkəs 78 dəfə pozuldu
Cəbhədə son durum
Cəbhədə son vəziyyət
Cəbhədə gecə NƏ BAŞ VERDİ?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 