Zaqatalada ərzaq mağazasında yanğın olub.
ONN media xəbər verir ki, bu gün axşam saat 21:20 radələrində rayonun Çobankol kəndində, kənd sakini Dinar İsa qızı Mustafayevaya məxsus, ümumi sahəsi 56 kv/m olan ərzaq mağazasında yanğın olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində mağazanın içərisində olan soyuducu və 7 kv/m-lik sahədə taxta vitrin yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.