ONN İnformasiya Agentliyi

Polis rəisini yaraladılar

Polis rəisini yaraladılar
1-07-2018, 10:50


Sumqayıt şəhərində polis münaqişə zamanı xəsarət alıb.

ONN media xəbər verir ki, hadisə şəhərin 14-cü məhəlləsində baş verib.

1981- ci il təvəllüdlü Bakı şəhər sakini, polis işçisi Məmmədov Namiq Ramiz oğlu Sumqayıtın 14-cü məhəlləsi ərazisində münaqişə zəminində gicgah nahiyəsindən daş yarası alıb.

Xəstəxanaya çatdırılan şəxs daha sonra ambulator müayinəyə buraxılıb.

N.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisidir.

Faktla bağlı araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png