Sumqayıtda polis əməkdaşlarını bıçaqlayan şəxs saxlanılıb.
Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, dekabrın 28-i saat 20 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Sumqayıt şəhər polis idarəsinin əməkdaşlarına xəsarətlər yetirilərək zor tətbiq olunması ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, paytaxt sakini Ağa Əzimov qeyd edilən yanacaqdoldurma məntəqəsinin yaxınlığında əməliyyat tapşırığına əsasən həmin vaxt xidməti vəzifələrini icra edən Sumqayıt ŞPİ-nin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Xəqani Məmmədov və kiçik inspektoru Orxan Baxşəliyevə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.
Polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağa Əzimov saxlanılıb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Ağa Əzimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə istintaq davam edir.



Sumqayıtda 6 gün əvvəl baş verən partlayışla bağlı CİNAYƏT İŞİ başlanıb
Oğurluğa gedən şəxs yaşlı qadını boğub öldürdü
Sumqayıtda qanlı cinayət - ÖLDÜRMƏYƏ ÇALIŞDILAR
Sumqayıtda cinayət: qadını boğaraq öldürdü
Sumqayıtda silahlı insident: səhvən 1 nəfər güllələndi
Azərbaycanda zavodda partlayış - ÖLƏN VAR
Dənizdə hamilə arvadını boğaraq öldürən şəxs tutulub
Mingəçevirdə iki nəfəri bıçaqlayan şəxs saxlanılıb
Sumqayıtda evə silahlı basqın edildi
Sumqayıt sakinlərini şantaj edən şəxslər tutulub
Öldürdüyü şəxsi Novxanıda bağda basdırdı
Sumqayıtda sərnişindən sürücüyə qarşı CİNAYƏT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 