Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda 4 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı məlumat yayıb.
ONN media FHN-in saytına istinadən xəbər verir ki, bu gün Sumqayıt şəhərində yerləşən yük avtomobillərinin dayanacağı və təmiri parkının ərazisində yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Yanğın nəticəsində təmirə dayanmış ”DAF” markalı yük avtomobilinin birinci qoşqusunun yanar hissələri, ikinci qoşqusunun arxa hissəsi və yaxınlıqda dayanmış “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Qoşqunun qalan hissəsi, yaxınlıqda olan digər qoşqular və təmir sexləri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Hadisə nəticəsində yanıq xəsarətləri almış 4 nəfər, 1951-ci il təvəllüdlü Rüstəmov Fərhad Əhməd oğlu, Məlikov Miri Bəhmən oğlu, 1981-ci il təvəllüdlü Məlikov Rövşən Məlik oğlu və 1980-ci il təvəllüdlü Quliyev Akif Eldar oğlu Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Xəstəxanadan alınan məlumata görə, yaralıların vəziyyəti ağırdır.



3 avtomobil yandı - GECƏ SAATLARINDA
Beyləqanda sex yandı - 4 avtomobil kül oldu
“Hummer” və “VAZ” yandı - Şəmkirdə
Xızıda avtomobil yandı - FHN
Bakıda sex və ətrafındakı maşınlar yandı
Bakıda güclü partlayış olub- Xəsarət alanlar var
Azərbaycanda yük avtomobili yandı - Sürücü ağır vəziyyətdə çıxarıldı
Bakıda avtomobil tamamilə yandı
Nərimanovda anbarda yanğın
Gəncədə GÜCLÜ PARTLAYIŞ - Yaralı var
Azərbaycanda dəhşətli hadisə - İçində insanlar olan avtomobil yandı
Bir həyətdə "Mersedes" və "Hunday" YANDI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 