ONN media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "28 Mall" Ticarət Mərkəzindəki "Bazarstore" mağazasına bomba qoyması barədə yalan xəbər verməkdə təqsirləndirilən Rəvan Fətəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, ibtidai istintaq dövründə R.Fətəliyev barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Məhkəmənin baxış iclası avqustun 10-na təyin edilib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, R.Fətəliyev bu il aprelin 4-də Azadlıq prospektində yerləşən "28 Mall" Ticarət Mərkəzindəki "Bazarstore" mağazasına bomba qoyması barədə məlumat verib.
Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon sakini, 33 yaşlı R.Fətəliyev tutulub.
Onun barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham irəli sürülüb.



Əvvəl taksiyə oturdu, sonra...
Fədayə Laçından xəbər var
Maqsud Mahmudovun məhkəməsi başlayıb
Bakıda keçmiş polis əməkdaşının qızından ŞOK CİNAYƏT - HƏBS EDİLDİ
Casusluq edən ermənilərin məhkəməsi keçirildi
Binədəki avtobus qəzasının günahkarlarının aqibəti necə oldu?
Bakıda sabiq polis əməkdaşının qızı məhkəmə zalında həbs edilib
Əhməd hakim qarşısına çıxarılıb
Eldəniz Səlimovun məhkəməsi başladı
Həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verildi
Gəncə sakini qeyri-rəsmi yaşadığı qadının qardaşını bıçaqladı
Azərbaycanda hakim məhkəmədə HƏBS EDİLDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 