Lerik rayonunda 70 yaşlı kişi qoz ağacından yıxılaraq ölüb.
ONN media Report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Mastail kəndində baş verib.
Yaxınlarının dediyinə görə, Xudayar Ağaxan oğlu İbrahimov həyətində qoz dərmək üçün ağaca çıxıb və ehtiyatsızlıqdan yüksəklikdən yerə yıxılıb. Yaxınlarının ilkin yardımından sonra X.İbrahimov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Diaqnostik müayinələrdən sonra ona döş qəfəsinin qapalı travması, aşağı ətraflarda sınıqlar diaqnozu qoyulub. Həkimlərin səyinə baxmayaraq, 70 yaşlı X.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.



Azərbaycanda müəllim intihar etdi
Lənkəranda 61 yaşlı kişini qatar vurdu
Ana doğuşdan sonra öldü - ARAŞDIRMAYA BAŞLANILDI
Lənkəranda 12 yaşlı qız faciəvi şəkildə öldü
Lənkəranda ağır qəza - ÖLƏN VAR
Astarada dəhşətli hadisə
Heydər Əliyev prospektində dəhşətli hadisə - 10 yaşlı qız öldü
Bakı-Quba yolunda yük maşını aşıb
Xəstəxanadan qaçmaq istədi - Yıxılıb öldü
Yol polisi avtomobillə azyaşlını vuraraq öldürdü - YENİLƏNDİ
Bakıda 30 yaşlı kişi meyiti tapıldı
Lənkəranda fəhlə binadan yıxılıb öldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 