Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Londonda həbs edilib.
ONN media “BBC Azərbaycanca”ya istinadən xəbər verir ki, onun Britaniyadan Azərbaycana ekstradisiya edilməsi gözlənilir.
55 yaşlı Zamirə Hacıyeva Londonun mərkəzində 15 milyon funt sterlinq dəyərində evdə yaşayır. Onun vəkilləri qadının “fırıldaqçı” olmadığını deyir.
O, Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub. Bu sərəncama əsasən Hacıyeva var-dövlətinin hansı mənbədən əldə etdiyini açıqlamalıdır.
Qeyd edək ki, UWO Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.
Westminster Magistr Məhkəməsində məlum olub ki, Zamirə Hacıyeva keçən həftə London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlıdır.
O iki mənimsəmə ittihamı ilə üz-üzədir və ötən həftənin çərşənbə axşamı polisə təslim olduqdan sonra təcridxanada saxlanılır.
Məhkəmə hakimi Emma Arbuthnot razılaşıb ki, Zamirə Hacıyeva zaminə buraxa bilər. Bunun üçün o, 500 min stelinq məbləğində zəmanət ödəməlidir. Bu məbləği ödədikdən sonra isə o, Londonun mərkəzindəki evində qalmalı, Londonu tərk etməməli və hər gün polisə məlumat verməlidir.
Buna baxmayaraq, dövlət prokurorları dərhal etiraz ediblər. Bu isə onun təcridxanada qalacağı deməkdir.
Appelyasiya şikayətinin cümə axşamı günü Ali Məhkəmədə keçiriləcəyi gözlənilir.



Zamirə Hacıyevanın 27 milyon manatlıq lüks evi - FOTOLAR
Zamirə Hacıyeva barədə QƏRAR VERİLDİ- Artıq o...
Zamirə Hacıyevanın 2 milyon manatlıq üzüyü ƏLİNDƏN ALINDI - FOTO
Zamirə Hacıyevaya görə sistem dəyişə bilər
Zamirə Hacıyeva Azərbaycana təhvil verilməyəcək? — MƏHKƏMƏ QƏRARI
Zamirə Hacıyevanın 16 milyonu hara xərcləyib?- ŞOK
Zamirə Hacıyeva London küçələrində — "Məni tək buraxın"
İlham Əliyevdən şəhid qızına yeni təyinat
Ramiz Mehdiyev Hacıyevin xanımının şöbəsini ləğv etdi
Zamirə Ədilovaya vəzifə verildi
“Baku Medical Plaza”nın etirafı - "Ölən qız..."
Özünü və körpəsini su kanalına atan qadın həbs edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 