Dünən gecə saatlarında Zaqatalada baş vermiş dəhşətli yol qəzası ilə bağlı təfərrüatlar üzə çıxıb.
ONN media Publika-ya istinadla xəbər verir ki, axşam, saat 22 radələrində Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Danaçı kəndi ərazisindən keçən hissəsində idarə etdiyi “Lada Priora” markalı avtomobili işıq dirəyinə vuran Kahayev Emil Şamil oğlu hadisə vaxtı sərxoş vəziyyətdə olub. Belə ki, 29 yaşlı Emil rayon ərazisindəki “Aysel” şadlıq sarayında qohumunun toy mərasimində iştirak edib. O, toydan sonra içkili vəziyyətdə sükan arxasına əyləşərək yaşadığı Aşağı Çardaqlar kəndinə getmək istəyib. Qohumlarının gənc oğlana mane olmağa, onun sərxoş olması səbəbindən maşın sürməməsini demələrinə baxmayaraq Emil həmkəndlisi, 21 yaşlı Amid Şabanovla yola çıxıb. Bir qədər keçəndən sonra o, Danaçı kəndi ərazisində maşını sürətlə işıq dirəyinə vurub və hadisə yerindəcə keçinib. 21 yaşlı Amid isə xəstəxanada vəfat edib.
Bildirilir ki, vəfat edən Amid Şabanov subay, Emil Kahayev isə ailəli olub. Onun iki körpə qızı var imiş.
Qeyd edək ki, dünən qəzanın baş verdiyi yerdə - Danaçı kəndi ərazisində 2013-cü ildə Emilin böyük qardaşı Elçin Kahayev də idarə etdiyi “Nissan-Tiana” markalı avtomaşınla dəhşətli yol qəzası törədib və orada həlak olub. Həmin qəzada daha 1 nəfər də ölmüş, 3 nəfər isə xəstəxanaya yerləşdirilmişdi.



6 yaşlı uşağı maşın vurdu
Gürcüstanda baş verən yol qəzasında azərbaycanlı ailənin 4 üzvü öldü
Xaçmazda ağır qəza- Ölənlər var
Azərbaycanda dəhşət: oynamaq davası toyu yasa çevirdi - TƏFƏRRÜAT
Bakıda ağır yol qəzaları - 3 nəfər öldü, xəsarət alanlar var
İmişlidə ağır yol qəzası olub- YARALILAR VAR
Atasının ilinə gedən ana və 5 yaşlı qızı....- Tükürpədən olay
Bir gün sonra nişanı olacaqdı, bu gün dəfn edildi
Qaxda AĞIR QƏZA - 7 avtomobil toqquşdu: 1 nəfər...
Azərbaycanda dəhşət - 3 nəfər maşının altında qalıb öldü
Bakının mərkəzində dəhşətli hadisə - Universitet tələbəsi öldü
28 yaşlı qız hadisə yerində keçinib
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 