ONN İnformasiya Agentliyi

Aeroportlarda gərginlik: 20-dən çox reys gecikib

Aeroportlarda gərginlik: 20-dən çox reys gecikib
2-01-2019, 16:26

ONN media xəbər verir ki, Moskvanın Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında 20-dən çox reys gecikib, 9 uçuş ləğv olunub.

Əlverişsiz hava şəraiti səbəbindən Vnukovoda 2, Domodedovoda 10 reys gecikib, 9-u ləğv olunub, Şeremetyevoda isə 9 reys gecikmə ilə həyata keçiriləcək.

Jukovski aeroportunda bütün reyslər cədvəl üzrə icra olunur.

Sinoptiklər 2019-cu ilin ilk həftəsi ərzində Moskvada qarlı hava şəraitinin davam edəcəyini bildirirlər.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png