Yanvarın 5-də Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
ONN media Bakupost-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, Nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik və Yeni il münasibəti ilə xalqımıza təbrikini xatırladan müdafiə naziri bayram təbrikində ordumuza verilən qiyməti xüsusi vurğulayıb və şəxsi heyət qarşısında qoyulan konkret tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Müdafiə naziri qoşunların təmas xəttindəki hazırkı vəziyyəti təhlil edərək ötən il ərzində görülən işlər, əldə edilmiş uğurlar və 2019-cu ildə yerinə yetiriləcək fəaliyyətlər barədə çıxış edib.
Azərbaycan Ordusunun bütün qoşun növü və qismlərinin fəaliyyətinə toxunan general-polkovnik Z.Həsənov müşavirə iştirakçılarından əsas diqqətin döyüş hazırlığı, qoşunların operativ, fasiləsiz və gizli idarə edilməsi, müdafiə sisteminin dayanıqlığı, qarşılıqlı fəaliyyətlərin təkmilləşdirilməsi, komandir və rəis heyətinin peşəkarlığının daim artırılması, şəxsi heyətin təlim-tərbiyəsi, vətənpərvərlik və döyüş ruhunun möhkəmləndirilməsi, hərbi qulluqçuların sağlamlığı və döyüş təminatının digər aspektlərinə yönəldilməsini tələb edib.
Müdafiə naziri çıxışında xüsusi qeyd edib ki, dövlət başçısının da bildirdiyi kimi ölkəmizin güclü hərbi potensialı və Azərbaycan Ordusunun döyüş qabiliyyəti ərazi bütövlüyümüzün təmin edilməsində əsas amillərdən biridir. General-polkovnik Z.Həsənov bildirib ki, əldə edilmiş uğurlardan arxayınlaşmamalı, qoşunların taktiki, operativ və strateji səviyyələrdə fəaliyyətləri daim təkmilləşdirilməli, şəxsi heyət isə düşmən üzərində üstünlüyümüzü qorumaqla hər an döyüş əməliyyatlarına hazır olmalıdır.



Zakir Həsənov erməni təxribatlarının qarşısının alınması üçün TAPŞIRIQ VERDİ
Sərhəddə gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür - Müdafiə naziri
Zakir Həsənovdan hərbçilərə VACİB TAPŞIRIQ
Orduya döyüş əməliyyatlarının başlamasına hazır olmaq əmr edildi
Zakir Həsənov tapşırıq verdi
Laçın dəhlizi ilə bağlı general tapşırıq verdi
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
Zakir Həsənovdan orduya düşməni QORXUYA SALACAQ TAPŞIRIQ
Nazir orduya GÖSTƏRİŞ VERDİ: Sayıqlığı artırın!
Zakir Həsənov xidməti müşavirə keçirdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 