Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin itkin düşən azərbaycanlı kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları davam etdirilir. ONN media xəbər verir ki, bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov Azərtac.az-a deyib. O bildirib ki, Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə fasiləsiz olaraq əlaqə saxlayır. Hadisənin nəticələrinin aradan qaldırılması və itkin düşən dənizçilərin tapılması istiqamətində lazımi qüvvələr səfərbər edilib və axtarışlar davam etdirilir. Qeyd edək ki, yanvarın 7-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisi qəzaya uğrayıb. Gəmidə olan 13 nəfərdən 9-u sahilə çıxarılıb. Gəminin ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu həlak olub və onun meyiti sudan çıxarılıb.
İtkin düşən azərbaycanlı kapitan axtarılır



İtkin düşən azərbaycanlı gəmi kapitanının axtarışları dayandırıldı
Qara dənizdə yük gəmisi batdı
Qara dənizdə aşkar edilən cəsədin şəxsiyyəti müəyyənləşdi - Azərbaycanlıdır
Gəmidə ölən azərbaycanlı kapitanın meyiti tapıldı
İran gəmisi Lənkəran sahilində qəzaya uğradı
Türkiyə gəmisi Qara dənizdə batdı
SON DƏQİQƏ: Qara dənizdə nə baş verir?- BÖYÜK YANĞIN
Türkiyədən Rusiyaya gedən yük gəmisində PROBLEM YARANDI
Çində gəmi qəzası: 12 nəfər itkin düşdü
Türkiyə gəmisi Qara dənizdə minaya düşdü
FHN: İtkin düşmüş balıqçının axtarışları davam etdirilir
Laçında itkin düşən hərbçilərimizin axtarışları davam edir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 