ONN media xəbər verir ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşları Vəliyev Ramid Ənvər oğlu və Fərəcov Surxay Təşər oğlu saxlanılıb və yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Vəliyev Ramid Ənvər oğlunun əl yüklərinə rentgen aparatıyla baxış zamanı monitorda şübhəli predmetlərin təsviri görünüb.
O, əl yüklərində gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən psixotrop maddə və narkotik vasitələrin olmadığını, ev üçün ərzaq malları və yuyucu vasitələri olduğunu bildirib. Daha sonra əl yüklərinə baxış keçirilib. Baxış zamanı 1 ədəd qara sellofan torbada, üzərində "Soflan" yazısı olan 3 ədəd yuyucu toz qutularının içərisindən cəmi 4 ədəd sellofan bağlama müəyyən edilib. 3 ədəd bağlamada qablaşdırılması ilə birgə çəkisi 2005 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 1 bağlamada isə qablaşdırılması ilə birgə çəkisi 100 qram olan ağ, xırda kristal halda psixotrop maddə - metamfetamin aşkarlanıb.
Qeyd edək ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.



Gömrükçülər Ermənistana yük aparan iranlı sürücünü saxladı
Şahmat lövhəsindən külli miqdarda narkotik çıxdı
Gömrükçülər yük maşınında gizlədilən siqaret və dərmanları tapdı
Gömrükçülər Azərbaycana narkotik keçirilməsinin qarşısını aldı
Gömrükçülər gizli aparılan 114 qram qızıl aşkarladı
Gömrükçülər 21 min qutu siqaret aşkarladı
Gürcüstandan Azərbaycana qızıl keçirən qadın yaxalandı
Badımcan aparan "Volvo"dan psixotrop maddə aşkarlandı
Naxçıvan gömrükçüləri 47 kq tiryək müsadirə etdi
Təyyarə ilə Azərbaycana narkotik gətirmək istədi və...
Gömrükçülər 10 200 ədəd "Marlboro Touch" siqareti aşkarladı
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 