Hollandiyada Azərbaycan-Türk Kültür Dərnəyinin üzvləri Xristian-demokratlar partiyasının (CDA) millət vəkillərindən Martijn Van Helvert ve Chris Van Damın dəvəti ilə Hollandiya parlamentində olublar. Diasporla İş Üzrə Dövlət Komitəsindən ONN media -ya verilən məlumata görə, dərnək üzvlərinin Parlamentlə tanışlığından sonra, CDA haqqında məlumat verən deputatlar Hollandiyada Azərbaycan-Türk Kültür Dərnəyi ilə gələcək əməkdaşlıq imkanları barədə də fikirlərini bildiriblər. Səmimi görüş üçün təşəkkür edən Dərnək üzvləri CDA ilə dostluq və əməkdaşlığa ciddi önəm verdiklərini qeyd ediblər. Daha sonra millət vəkilləri Martijn van Helvert ve Lenny Geluk Poortvlietin iştirakı ilə sənət, mədəniyyət, inteqrasiya və emansipasiya məsələləri barədə fikir mübadiləsi aparılıb.
Diaspor nümayəndələri Hollandiya parlamentinin nümayəndələri ilə görüşüb

