23 fevral 2020- ci il tarixdə Niderland krallıgının Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsininə anım mərasimi keçirilmişdir. Haaqa şəhərində yerləşən Azərbaycan Türk Kültür dərnəyinin təşkilatçılıgı ilə keçirilən anım mərasimində orada yaşayan azərbaycan, Türk, uygur, kırım tatarları,Türkmenler və sair icmalarının nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Türk kültür dərnəyinin sədri İ.Aşqın iştirakçıları salamlayaraq onlara gəldikləri üçün təşəkkür etmişdir. Sonra soyqırım qurbanlarının xatırəsi bir dəqiqəlik sükütla yad edilmişdir. Tədbirdə xüsusi dəvət olunmuş qonaqlar da iştirak etmişlər. Belə ki Türkiyənin Niderland Krallıgındakı səfirliyinin səfir yardımçısı Alpər bəy, Azərbaycanın Niderland Krallıgındakı səfiri Fikrət Axundov, Niderland parlamentinin CDA partiyası millət vəkilləri Chiris Van Dam, Michel Rogier, qəzetəçi yazar Jack Kroes da iştirakçılar arasında olmuşlar. Adları çəkilən qonaqlar tədbirdə çıxış edərək Xocalı soyqırımının təkcə azərbaycan xalqının deyil bütün insanlıgın faciəsi oldugunu bildirdilər və belə soyqırımların gələcəkdə təkrarlanmaması üçün bütün dünya xalqlarının , dövlətlərin birğə fəaliyyət içində olmalarının vacibliyini vurguladılar. Sonra tədbir iştirakçıları erməni vəhşiliyinin qurbanı olmuş Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxudular və anıtın üzərinə çiçək dəstələri qoyaraq şəhidlərin heç vaxt unudulmayacagını ifadə etdilər, bu cinayəti törədənlərin cəzalandırılması üçün hər zaman mübarizə aparacaqlarını bildirdilər. Anıtın ətrafında xatirə şəkilləri çəkdirən iştirakçılar dünyanın hər tərəfində mediya qurumlarında, həmçinin sosial şəbəkələrdə faciə həqiqətlərini insanlara çatdıracaqlarını bildirdilər. Tədbirin sonunda soyqırım qurbanlarının ruhuna ehsan verildi. İştirakçılar ehsan üçün Azərbaycan Türk kültür dərnəyinin qadın qolları üzvülərinə çəkdikləri zəhmətə görə təşəkkür etdilər. Son söz olaraq dərnəyin sədri İ. Aşqın iştirakçılara müraciət edərək onları fevral ayının 26 saat 10:30 Haaqa şəhərində yerləşən Ermənistan səfirliyinin önündə keçiriləcək mitinqə dəvət etdi.
Niderlanda Xocalı soyqırımı qurbanlarının xatirəsininə anım mərasimi keçirilib



Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılan yeni abidənin açılışı oldu - FOTO
Haaqada Xocalı abidəsinin yeri dəyişdirildi - FOTO
Zərdabda Xocalı faciəsinin anım günü keçirildi
Hollandiyada 20 Yanvar şəhidləri anıldı
Səfir Şaban Dişli ilə Hollanda Azərbaycan Türk Kültür Dərnəyi arasında görüş keçirildi
Hollandiyada Xocalı soyqrımı anıldı
Novruz Novruzlunun anım mərasimi keçirildi
İlhan Aşkın Holland millət vəkili Mişel Rogierled ilə görüşdü
Haaqa şəhərində Ermənistan səfirliyinin önündə etiraz aksiyası keçirilib
Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu
Xocalı qurbanlarının sayı bir dəqiqəlik sükutla yad olundu
Xocalı soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 