Goranboy rayonunda bir nəfərin ölümü, dörd nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi davanın səbəbi məlum olub.
ONN media Report-un Qərb bürosuna istinadən xəbər verir ki, rayonun Dəliməmədli şəhərində yerləşən “Kral” marketə bir qrup şəxs hücum edib.
Bu zaman marketin əməkdaşları ilə hücum edən şəxslər arasında mübahisə yaranıb. Mübahisə zamanı marketə hücum edən şəxslər oradakı əməkdaşlardan beşini bıçaqlayıblar. Bıçaqlanan şəxslərdən biri - Dəliməmmədli şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Əbili oğlu Cəbrayılov Abbas Səhhət adına Xəstəxanaya aparılarkən yolda ölüb. Ağır bıçaq yarası alan digər dörd nəfər - 1995-ci il təvəllüdlü Hətami Anar Azad oğlu, 1993-cu il il Nicat Əliyev, 1995-ci il təvəllüdlü Zeynalabdin Həsənov və 1993-cü il təvəllüdlü Fəxrəddin Məmmədov Gəncə şəhərindəki xəstəxanalara yerləşdiriliblər.
Məlumata görə, hadisə marketə hücum edən şəxslərdən birinin orada işləyən qadına əxlaqsız təklif etməsi üstündə baş verib.
İlkin məlumata görə, hadisəni Goranboy rayon sakini, 1995-ci il təvəllüdlü Rəvan Şəfran oğlu İsmayılov bir neçə nəfərlə əlbir olaraq törədib.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.



Gürcüstanda yerli azərbaycanlılara KÜTLƏVİ HÜCUM: Xəsarət alanlar var - VİDEO
Oğuzda kütləvi dava — Yaralılar var
Göygöldə dəhşətli qəzada ölən və yaralananların adları məlum oldu
Şəmkirdə yük maşınları toqquşub, 2 ölü, 1 yaralı var
Bakıda kütləvi dava olub- Xəsarət alanlar var
Göygöldə ağır yol qəzası olub- Ölənlər var
Saatlıda AĞIR QƏZA: 4 nəfər...
Azərbaycanda polis əməkdaşları qəzaya düşdü: Ölən və yaralanan var - YENİLƏNİB
Bakıda 22 yaşlı gənc bıçaqlandı
Sumqayıtda evə silahlı hücum olundu
Goranboyda ağır qəza: Ölən və yaralanan var
Kişi barışığa gələn keçmiş kürəkəninə balta ilə hücum etdi - BAKIDA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 