Latın Amerikası ölkələri başda olmaqla bu gün dünyada sürətlə yayılan donuz qripinə qonşu ölkələrdə yoluxanların sayı artmaqda davam edir. Qabaqlayıcı tədbirlər vaxtında görülməzsə, ölümə səbəb olan H1N1 virusundan qorunmaq üçün immun sistemini gücləndirmək lazımdır. ONN media xəbər verir ki, donuz qripindan qorunmaq üçün düzgün qidalanmaq və gigiyenik qaydalara riayət etmək lazımdır. Bu qaydalara əməl etmək immun sistemini gücləndirir. İmmun sisteminə ən çox təsir edən məqamlar – qidalanma, stress və yuxudur. Fol turşusu, B6, C, E vitaminləri, beta-karoten, sink, Omega-3 immun sistemini gücləndirmək üçün vacibdir. Bəs bu maddələri hansı qidalardan qəbul edə bilərik? B6 vitamini – toyuq, balıq, banan, kartof, brokoli, ispanaq, quru meyvələr C vitamin – cəfəri, bibər, kivi, yaşıl yarpaqlı tərəvəzlər, portağal E vitamin – quru meyvələr, yaşıl yarpaqlı tərəvəzlər, bitki tərkibli yağlar Fol turşusu – brokoli, quru meyvələr, yaşıl yarpaqlı tərəvəzlər, paxlalı bitkilər Beta-karoten – kök, şaftalı, narıncı-sarı meyvələr, brokoli, ispanaq, şüyüd, cəfəri Sink – dəniz məhsulları, qırmızı ət, paxlalı bitkilər Omega 3 – Yaşıl yarpaqlı bitkilər və balıq Bunlardan əlavə gündəlik qida rasionunuza soğan, sarımsaq, zəncəfili əlavə edə bilərsiniz. Bununla da qış aylarında bədəninizin ehtiyacı olan dəstəyi təbii yollarla əldə etmiş olacaqsınız. Donuz qripindən qorunmaq üçün Türkiyənin məşhur həkimi, professor Canan Karatay bəzi təkliflər irəli sürüb. O bildirib ki, sağlam qidalansanız, süni, fabrik məhsulları yeməsəniz, trans yağlarla hazırlanan qidalardan uzaq dursanız xəstələnməzsiniz. Həkim bildirir ki, zeytun yağını yandırmadan yesəniz, heç bir problem olmaz. Zeytun yağının tərkibində Omega-3 olduğunu deyən C.Karatay onu ana südünə bənzədir. “Səhər yeməyindən əvvəl bir yemək qaşığı zeytun yağı içə bilərsiniz. Ancaq içdiyiniz yağın təbii olması vacibdir. Mütəmadi olaraq qəbul etsəniz, həm immun, həm də həzm sisteminiz güclənər”.(Turkustan.info)
Donuz qripinə yoluxmaq istəmirsinizsə… – Məşhur professordan VACİB TÖVSİYƏLƏR



Koronavirusdan qorunmaq üçün diabet xəstələri necə qidalanmalıdır?
Bu qidalar immuniteti gücləndirir
Saç tökülməsinin qarşısını alan QİDALAR — SİYAHI
Payız mövsümündə bu tərəvəzlər immun sisteminizi qoruyacaq
İmmunitet sistemini gücləndirən qidalar
Uşaqlarınızı daha ağıllı edəcək 7 QİDA
Uşaqların immun sistemini artıran 6 məsləhət
Sizə hansı vitaminlər lazımdır?
İmmunitetin 5 ən böyük düşməni
Sümükləri gücləndirən QİDALAR
Gənc dərinin və sağlam saçların SİRRİ
Dodaq kənarlarında çatlar, toyuq korluğu, quru dəri... - Sizdə bu VİTAMİN çatışmır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 